Təhsil 365 - Logo Mobile

İki platforma operatorunun lisenziyası LƏĞV OLUNDU

7527.02.2025 - 13:38
İki platforma operatorunun lisenziyası LƏĞV OLUNDU

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

“Tehsil365” xəbər verir ki, iclasda "Eurosel" MMC və "Sveet TV Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb.

Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.

Həmçinin iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə ("Araznet" xidmət adı ilə) universal platforma operatoru lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirələrdən sonra "Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar qəbul olunub.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35