Təhsil 365 - Logo Mobile

Dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək

3601.03.2025 - 08:41
Dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək

Amerika Oftolmologiya Akademiyası 2050-ci ilə qədər dünya üzrə miopiyaya (uzağıgörmə zəifliyi) rast gəlmə vəziyyətini və bu sahədə baş verəcək dəyişiklikləri araşdırıb. 

Tehsil365” araşdırmalara əsasən bildirir ki, 2050-ci ilə qədər dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək. Proqnozlara görə, həmin dövrədək 1 milyard insanın yüksək miopiyadan əziyyət çəkəcəyi gözlənilir ki, bu da 2000-ci ildən 7.5 dəfə çoxdur.

Miopiya uzağıgörmə zəifliyinin əsas səbəblərindən biridir, müalicə olunmur. Bu xəstəlik əlavə görmə problemləri yaradır və patoloji göz dəyişiklikləri riskini artırır ki, bunlar da geridönməz proseslərə səbəb olur. Araşdırmalar miyopiya ilə bağlı vəziyyətin region və etnik qruplar üzrə fərqləndiyini göstərir. 

Miopiyanın artımı, əsasən, mühit amilləri, xüsusən açıq havada keçirilən zamanın azalması və genetik faktorlarla əlaqələndirilir. Mühit faktorları arasında "yüksəktəzyiqli" təhsil sistemləri, xüsusilə Sinqapur, Koreya, Tayvan və Çin kimi ölkələrdə uşaqların çox erkən yaşlardan elektron cihazlardan həddindən çox istifadə etməsi də var. Digər təklif edilən səbəblərə işıq, yemək rasionu və s. aiddir.

Bəzi ölkələrdə, məsələn, Sinqapur, Tayvan və Cənubi Koreyada orta məktəbi bitirənlərin 80%-dən çoxu miopiyadan əziyyət çəkir. Bu ölkələrdə xəstəliyin inkişafının qarşısını almaq dövlət səviyyəli təşəbbüsə çevrilib.

Qeyd edək ki, miopiya zamanı gözlərdə bulanıqlıq yaranır, insan şəkilləri retinal üzərində düzgün fokuslaya bilmir. 

Amerika Oftolmologiya Akademiyasının araşdırmasının məqsədi 2050-ci ilə qədər miopiya və yüksək miopiyanın qlobal miqyasda necə yayılacağını müəyyən etməkdir. 

Mənbə: https://www.aaojournal.org/article/s0161-6420(16)00025-7/fulltext

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35