Fevralın 15-dən 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 27 684 vətəndaş müraciəti daxil olub.
“Tehsil365” xəbər verir ki, müraciətlərin 16 797-si çağrı mərkəzləri, 640-ı sosial media, 4 651-i "WhatsApp" vasitəsilə olduğu halda, 989-u elektron, 863-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 744 müraciət qeydə alınıb.
Müraciətlər işə qəbul, şagird yerdəyişməsi, sertifikatlaşdırma, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.