Təhsil 365 - Logo Mobile

Fevral ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 10 mindən çox müraciət daxil olub

2504.03.2025 - 09:48
Fevral ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 10 mindən çox müraciət daxil olub

Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 418 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə “Tehsil365”ə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 925 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 563 müraciət daxil olub.

BŞTİ-yə 1623 sənəd (vətəndaşlar tərəfindən 396 ərizə, Elm və Təhsil Nazirliyindən 281, digər qurumlardan 262 tabelikdə olan təhsil müəssisələrindən 470 məktub və 214 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 307 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35