Təhsil 365 - Logo Mobile

Fevralda xaricdə təhsil alan 548 nəfərin diplomu tanınıb - FOTO

2307.03.2025 - 06:57
Fevralda xaricdə təhsil alan 548 nəfərin diplomu tanınıb - FOTO

Təhsildə Keyfiyyət Təminatı Agentliyi fevral ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən “Tehsil365”ə bildirilib ki, fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, “Açıköğretim” təhsil forması səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbi ilə 2, ekvivalenti olmayan ixtisas səbəbi ilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 166, Ukraynadan 158, Türkiyədən 148, Belarusdan 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan 18, Macarıstandan 12, ABŞ-dan 6, Polşadan 6, Qırğızıstandan 4, İsveçdən 3, Niderlanddan 3, Pakistandan 3, İspaniya, İtaliya, Malayziya, Mərakeş və Tacikistandan hər bir ölkə üzrə 2, Almaniya, Belçika, Cənubi Afrika Respublikası, Çin, Fransa, İsveçrə, Kanadadan, Koreya Respublikası, Latviya, Nigeriya, Özbəkistan və Qazaxıstandan hər bir ölkə üzrə 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciətlər hüquqşünaslıq (128), tibb (52), yanğın təhlükəsizliyi mühəndisliyi (43), həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi (39), stomatologiya (27) ixtisasları üzrə qeydə alınıb

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35