Təhsil 365 - Logo Mobile

Yunanıstanda Keçiriləcək Akademiya Tədbirində Könüllü Olmaq İmkanı!

8809.03.2025 - 10:52
Yunanıstanda Keçiriləcək Akademiya Tədbirində Könüllü Olmaq İmkanı!

Yunanıstanda Keçiriləcək Akademiya Tədbirində Könüllü Olmaq İmkanı!

"Tehsil365" xəbər verir ki, 2025-ci ilin noyabr ayında Yunanıstanın Xylokastro şəhərində keçiriləcək Akademiya tədbiri üçün könüllü seçimlərinə start verilib. WAGGGS Avropa Regionu maraqlı məzmun yaratmaq, təlimçi və fasilitator kimi təcrübə qazanmaq istəyən, eləcə də məsafədən işləməyə həvəsi olan şəxsləri könüllü olmağa dəvət edir.

Əsas tələblər:
Son bir il ərzində ASA-nın fəaliyyətində aktiv iştirak etmiş qadın üzv olmaq İşgüzar səviyyədə ingilis dili biliklərinə sahib olmaq.

Məsafədən işləməyə və tədbirdə tam iştirak etməyə hazır olmaq
Daha əvvəl Akademiya və oxşar tədbirlərdə iştirak təcrübəsinə malik olmaq (arzuolunandır)

Tədbirin dəqiq tarixi yaxın zamanda elan olunacaq.

Son müraciət tarixi: 10 mart 2025
Qeydiyyat linki: Buraya daxil olun

Qeyd edək ki, ASA yalnız namizədləri irəli sürür və əsas seçim WAGGGS Avropa Regionu tərəfindən aparılacaq. Diqqət: Yalnız WAGGGS IC tərəfindən Campfire platformasında iştirakı təsdiqlənmiş şəxslər müraciət edə bilərlər.

Bu fürsəti qaçırmayın və beynəlxalq tədbirdə könüllü kimi iştirak edin!

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35