Təhsil 365 - Logo Mobile

Ötən il 346 müəllifin 660 əsəri qeydiyyatdan keçirilib

8810.03.2025 - 16:22
Ötən il 346 müəllifin 660 əsəri qeydiyyatdan keçirilib

2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib.

“Tehsil365” xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin hesabatında qeyd olunub. Qeydiyyatdan keçirilmiş əsərlərin 138-i musiqili əsərdir, bu da 2023-cü illə müqayisədə 56 faiz çoxdur. Qeydiyyata alınmış audiovizual əsərlərin sayı 96 (2023-cü ildə 4 audiovizual əsər) olub. 42 dizayn əsəri (2023-cü ildə 16), 16 dekorativ tətbiqi sənət əsəri (2023-cü ildə isə

7) və 5 multimedia əsəri (2023-cü ildə qeydiyyat üçün multimedia əsəri təqdim olunmayıb) qeydiyyata alınıb.

Hüquqların verilməsi barədə 35 müəllif müqaviləsi (2023-cü ildə 29) və 32 kompüter proqramı qeydiyyatdan keçirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 16 min 228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35