Təhsil 365 - Logo Mobile

Mətbuat Şurasının yaranmasından 22 il ötür

10715.03.2025 - 08:10
Mətbuat Şurasının yaranmasından 22 il ötür

Mətbuat Şurasının yaranmasından 22 il ötür. 

“Tehsil365” xəbər verir ki, 2003-cü ilin bu günündə ölkə jurnalistlərinin I qurultayında təsis edilmiş Şura ötən müddətdə missiya və səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanda media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində aktiv fəaliyyət göstərib. Qurum qabaqcıl xarici təcrübənin öyrənilib tətbiqində yaxından iştirak edib, müxtəlif qanunvericilik təşəbbüslərinin irəli sürülməsinə əməli dəstəyini göstərib.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvü olan Mətbuat Şurası həm mövcud platformalarda ölkəmizi təmsil edib, həm də digər müstəvilərdə beynəlxalq əməkdaşlığa üstünlük verərək nüfuz, inam və etimad qazanıb.
Mətbuat Şurasının İdarə Heyətində ölkəmizin tanınmış media və ictimaiyyət nümayəndələri təmsil olunub və olunmaqdadırlar. Onlar bu gün də Şuranın işində aktiv rol oynayır, media peşəkarlığının qorunması istiqamətində yorulmaz fəaliyyət göstərir, milli mətbuatımızın şanlı ənələrinə sadiqlik ruhunu aşılayırlar.

Mətbuat Şurasının yaranmasına və inkişafına, medianın özünütənzimləmə modeli kimi Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmasına, beynəlxalq media cameəsində populyarlaşmasına əmək sərf edənlərin hər birinə Şuranın 22 illiyi münasibəti ilə təbriklərimizi çatdırır, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35