Təhsil 365 - Logo Mobile

Aİ çətin tibbi diaqnostikada qapalı modellərlə rəqabət aparır - TƏDQİQAT

9916.03.2025 - 06:27
Aİ çətin tibbi diaqnostikada qapalı modellərlə rəqabət aparır - TƏDQİQAT

Harvard Tibb Məktəbi və bağlı xəstəxanaların tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma açıq mənbəli süni intellektin (AI) mürəkkəb tibbi hallarda qapalı mənbəli modellərlə rəqabət apara biləcəyini göstərib. 

“Tehsil365” “MedicalXpress” portalına istinadla xəbər verir ki, NIH tərəfindən maliyyələşdirilən və “JAMA Health Forum” jurnalında dərc olunan tədqiqatda Llama 3.1 405B adlı açıq mənbəli modelin GPT-4 səviyyəsində performans göstərdiyi bildirilib.

Tədqiqatda “The New England Journal of Medicine” jurnalından götürülmüş 92 çətin klinik hadisə üzərində AI modelləri sınaqdan keçirilib. Llama 3.1 70 faiz hallarda düzgün diaqnoz qoyaraq GPT-4-ü (64 faiz) üstələyib. Xüsusilə, sonradan əlavə edilən 22 yeni hadisədə açıq mənbəli model daha yüksək dəqiqlik nümayiş etdirib (73 faiz). 

Açıq mənbəli süni intellektin üstünlükləri arasında məlumat məxfiliyinin qorunması, xəstəxana sistemlərinə yerli inteqrasiya imkanları və fərdiləşdirilə bilən AI alqoritmləri yer alır. Qapalı modellər isə daha asan inteqrasiya və davamlı texniki dəstək təklif edir.

Tədqiqatçılar boldirirlər ki, AI modelləri klinisyenlərə dəstək olmaqla diaqnostik səhvləri azaltmağa və səhiyyə sistemində səmərəliliyi artırmağa kömək edə bilər. ABŞ-da hər il 795 min xəstə diaqnostik səhvlər səbəbilə ölür və ya əlilliklə üzləşir. Bu kontekstdə açıq mənbəli AI modelləri xəstəxanalar və həkimlər üçün daha sərfəli və effektiv alternativ kimi qiymətləndirilir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35