Təhsil 365 - Logo Mobile

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı başa çatıb - FOTO

5519.03.2025 - 06:57
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı başa çatıb - FOTO

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS 2025) uğurla başa çatıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) həyata keçirdiyi bu beynəlxalq qiymətləndirmə tədqiqatı 5 yaşlı uşaqların bilik, bacarıq və rifah göstəricilərini qiymətləndirmək məqsədi daşıyır.

“Tehsil365” xəbər verir ki, tədqiqat çərçivəsində Azərbaycanın 208 təhsil müəssisəsindən 2678 uşaq iştirak edib. Uşaqların ilkin savadlılıq və riyazi bacarıqları, sosial-emosional inkişafı və idrak qabiliyyətləri innovativ metodlarla ölçülüb. Valideynlər və müəllimlər isə erkən öyrənmə təcrübələri, ev mühiti və sosial amillərlə bağlı sorğulara cavab veriblər.

Azərbaycan Respublikasında IELS 2025 tədqiqatı Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən təşkil olunub. Qiymətləndirmə prosesi beynəlxalq standartlara uyğun aparılıb və məlumatların etibarlılığına xüsusi diqqət yetirilib.

IELS 2025-in nəticələri İƏİT tərəfindən hazırlanan beynəlxalq hesabatda təqdim ediləcək. Bu hesabat ölkələr arasında erkən təhsil sahəsindəki fərqləri və oxşarlıqları təhlil etməyə imkan verəcək. Azərbaycan üçün əldə edilən məlumatlar yerli təhsil siyasətinin formalaşdırılmasına, erkən öyrənmə sahəsində inkişaf istiqamətlərinin müəyyən olunmasına və müvafiq strategiyaların hazırlanmasına töhfə verəcək.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35