Təhsil 365 - Logo Mobile

Prime cotton-dan gənclər üçün ödənişli təcrübə proqramı!

6419.03.2025 - 12:11
Prime cotton-dan gənclər üçün ödənişli təcrübə proqramı!

Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq çərçivəsində Prime Cotton şirkəti gənc aqronomlar və aqromühəndislər üçün maaşlı təcrübə proqramına start verir!

"Tehsil365"in məlumatına görə, aqrar sahənin inkişafında mühüm rol oynayan aqronomiya və aqromühəndislik ixtisasları üzrə gənclərin peşəkarlaşması üçün unikal imkan yaradılıb. Müasir texnologiyalarla işləmək, innovativ həllərlə aqrar sektoru inkişaf etdirmək və torpaqdan səmərəli istifadə etmək istəyənlər üçün bu proqram böyük fürsətdir.

Prime Cotton olaraq, aqrar ixtisasların strateji əhəmiyyətini anlayır və bu sahənin inkişafına töhfə verməyi prioritet hesab edirik. Buna görə də gənclərə həm nəzəri, həm də praktiki biliklər əldə etmək, real iş mühitində təcrübə qazanmaq imkanı yaradırıq.

Proqramın keçirildiyi bölgələr:

Bərdə
Tərtər
Saatlı

Qeyd edək ki, bu rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək. Eyni zamanda, proqramda iştirak üçün iş təcrübəsi tələb olunmur.

Proqram iştirakçıları nə əldə edəcək?

6 ay müddətində maaşlı təcrübə imkanı
Yerli və xarici mütəxəssislərlə iş təcrübəsi
Təlimlər, mentor dəstəyi və real iş mühiti
İstehsal prosesində praktiki bacarıqların inkişafı
Uğurla tamamlayanlar üçün iş imkanları

Kimlər müraciət edə bilər?

Aqronomiya və ya aqromühəndislik ixtisası üzrə son kurs tələbələri və yeni məzunlar

Gələcəyini aqrar sahədə görən və peşəkar inkişafına təkan vermək istəyən gəncləri bu fürsətdən yararlanmağa dəvət edirik!

Son müraciət tarixi: 1 aprel 2025

Müraciət üçün: [email protected]
📞 Əlaqə: +994(55) 400 93 59

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35