Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetində elmi tədqiqat və beynəlxalq əməkdaşlıq mövzusunda info-sessiyalar keçirilib

3819.03.2025 - 17:21
Qarabağ Universitetində elmi tədqiqat və beynəlxalq əməkdaşlıq mövzusunda info-sessiyalar keçirilib

18-19 mart tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş info-sessiyalar keçirilib. Tədbirdə universitetin tələbə, müəllim və inzibati heyəti üçün müxtəlif mövzularda təqdimatlar edilib.

“Tehsil365” xəbər verir ki, açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov info-sessiyaların əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin elmi tədqiqatların inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd edib.

Sessiyalar çərçivəsində Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşları Nərminə Abdullayeva və Ülviyyə Gözəli tədqiqatçılar üçün vacib olan “Scopus” və “Science Direct” məlumat bazalarından səmərəli istifadə üsulları, eləcə də “Scopus AI” süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda təqdimatlar ediblər.

Beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı sessiyada isə Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Həcər Kəlbiyeva elm və ali təhsilin beynəlmiləlləşməsi, mövcud beynəlxalq əməkdaşlıq imkanları və yerli, xarici tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Şəms Əhmədzadə

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35