Təhsil 365 - Logo Mobile

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

6125.03.2025 - 07:17
Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

Böyük Britaniyada aparılan yeni araşdırmaya görə, depressiya diaqnozu qoyulan xəstələrin 48 faizi ən azı iki, 37 faizi isə dörd və daha çox fərqli antidepressant dərman sınaqdan keçirməsinə baxmayaraq müalicəyə cavab vermir.

“Tehsil365” xəbər verir ki, Birminhem Universiteti Trust tərəfindən “British Journal of Psychiatry” jurnalında dərc olunan araşdırma müalicəyə davamlı depressiyanın (TRD) geniş yayıldığını göstərib. TRD adətən iki fərqli antidepressant müalicəsinə cavab verməyən depressiya kimi təsnif edilir. Tədqiqat çərçivəsində xəstələrlə aparılan müsahibələr onların “ümidsizlik hissi” keçirdiklərini və standart müalicə yanaşmalarının təsirsiz olduğunu ortaya qoyub.

Birminhem Universitetinin tədqiqatçısı Kiranprit Qil qeyd edib ki, depressiyanın effektiv müalicəsi üçün daha yaxşı alternativlərə və fərdi yanaşmalara ehtiyac var. Məlumatların təhlili göstərir ki, TRD olan xəstələrdə şəxsiyyət pozğunluğu riski 35 faiz, ürək-damar xəstəliyi riski isə 46 faiz daha yüksəkdir. Birminhem Universitetinin klinik professoru Steven Marvaha bildirib ki, TRD olan xəstələr bir sıra ağır nəticələrlə üzləşirlər və bu qrup üçün yeni və effektiv müalicə strategiyalarına təcili ehtiyac var.

Layihə gənc və sosial cəhətdən həssas qruplar üçün daha yaxşı müalicə üsulları inkişaf etdirməyi hədəfləyir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35