Təhsil 365 - Logo Mobile

Rusiyalı jurnalist minaya düşüb həlak oldu

7926.03.2025 - 11:12
Rusiyalı jurnalist minaya düşüb həlak oldu

Rusiyada daha bir jurnalist həlak olub. 

“Tehsil365” TASS agentliyinə istinadən xəbər verir ki, “Birinci Kanal”ın hərbi müxbiri Anna Prokofyeva və həmkarı Dmitri Volkov Belqorod vilayətində minaya düşüblər.

Anna Prokofyeva peşə borcunu yerinə yetirərkən ölüb, onu müşayiət edən operator Dmitri Volkov isə xəsarət alıb. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həlak olan müxbirin ailəsinə və həmkarlarına başsağlığı verib: “Daha bir jurnalist itkisi: “Birinci Kanal”, Anna Prokofyeva... İlk növbədə, Annanın ailəsinə və “Birinci Kanal”ın bütün kollektivinə başsağlığı veririk”.

Qeyd edək ki, Prokofyevanın 35 yaşı var idi. O, hərbi jurnalist kimi münaqişə zonalarından reportajlar hazırlayırdı. 2023-cü ildən isə sözügedən kanalda hərbi müxbir kimi çalışırdı.

Xatırladaq ki, daha öncə də, müharibə zonasında rusiyalı jurnalistlər həlak olmuşdular. Martın 24-ü Rusiyanın “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olmuşdu. “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanmışdı. Hadisə ilə bağlı Azərbaycan Medianın İnkişafı Agentliyi başsağlığı vermişdi. 

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35