Təhsil 365 - Logo Mobile

Latviyada təqaüdlə təhsil almaq imkanı – Müraciətlər qəbul edilir

8130.03.2025 - 19:35
Latviyada təqaüdlə təhsil almaq imkanı – Müraciətlər qəbul edilir

Latviya Respublikası 2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

"Tehsil365" xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər üçün son müraciət tarixi 1 aprel 2025-ci ildir. Müraciətlər dəyərləndirildikdən sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcək.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə əsasən həyata keçirilir.

Təqaüd proqramı və müraciət qaydaları barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə baxa bilərsiniz:
🔗 Elan və məlumat linki 1
🔗 Elan və məlumat linki 2

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35