Təhsil 365 - Logo Mobile

Yaddaşı gücləndirən TƏDQİQAT

5731.03.2025 - 06:10
Yaddaşı gücləndirən TƏDQİQAT

Pensilvaniya Universitetinin tədqiqatçıları beynin yaddaşın konsolidasiyası prosesində oyaqlıq zamanı da aktiv rol oynadığını müəyyən ediblər.

“Tehsil365” “MedicalXpress” saytına istinadla xəbər verir ki, nevrologiya və psixologiya sahəsində aparılan əvvəlki tədqiqatlar yaddaşın gücləndirilməsi prosesinin əsasən yuxu və istirahət zamanı baş verdiyini göstərirdi. Lakin “Nature Neuroscience” jurnalında dərc olunan yeni araşdırma beynin oyaq vaxtlarında da qısa müddətli yenidən aktivləşmə vasitəsilə yaddaşı möhkəmləndirdiyini ortaya qoyur.

Tədqiqatçılar epilepsiya diaqnozu qoyulmuş xəstələrin yaddaş tapşırıqları yerinə yetirərkən kəllədaxili elektroensefaloqrafiya (EEG) vasitəsilə beyin fəaliyyətini ölçüblər. Nəticələr göstərib ki, insan beynində spesifik stimullar kodlaşdırma prosesindən sonra yenidən aktivləşir və bu, yaddaşın daha uzun müddət qorunmasına kömək edir.

Tapıntılara əsasən, beyin müəyyən hadisələri yadda saxlamaq üçün onları istirahət və yuxu zamanı olduğu kimi, oyaqlıq vaxtlarında da təkrar aktivləşdirir. Kodlaşdırma arasındakı qısa fasilələrdə beynin spontan yenidən aktivləşməsi yaddaşın gücləndirilməsinə və daha dəqiq xatırlamağa imkan yaradır. Bu proses yuxu zamanı baş verən yaddaş konsolidasiyasına bənzəsə də fərqli xüsusiyyətlərə malik ola bilər. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr gələcəkdə tələbələr və yaddaş pozğunluğu olan insanlar üçün yaddaşı gücləndirən yeni metodların hazırlanmasına kömək edə bilər. Hazırda bu proseslərin insanın qavrayış sisteminə necə təsir etdiyi və yaddaşın uzunmüddətli inkişafında hansı rol oynadığı daha dərindən araşdırılır.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35