Təhsil 365 - Logo Mobile

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə başlanılır

8102.04.2025 - 11:12
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə başlanılır

Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.

“Tehsil365” LARTİ-yə istinadən xəbər verir ki, müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilərlər.
Yerdəyişmə ilə bağlı müraciətlərə yaşayış yerinin yerdəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq müsabiqədə iştirak edə bilməz.
Yerdəyişmə etmək istəyən namizədlər 01 aprel 2025-ci il tarixindən 08 aprel 2025-ci il tarixinədək qeyd edilən link (//forms.gle/BuxRTidHraVfWphs8) vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Yerdəyişmə üçün şəxsiyyət vəsiqəsinin surəti, ali və ya orta ixtisas təhsili haqqında diplomun surəti, əmək kitabçasının surəti, yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.) tələb olunur. Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu komissiya tərəfindən yoxlanıldıqdan sonra yerdəyişməsi məqbul hesab edilən tərbiyəçi-müəllimlər barədə məlumatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün İdarə tərəfindən aidiyyəti məktəbəqədər təhsil müəssisələrinə göndəriləcək.

Bir vakant yerə birdən çox müraciət olduqda namizədlər arasından şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə, pedaqoji stajı daha çox olan tərbiyəçilərə, həyat yoldaşı hərbçi, Vətən müharibəsi iştirakçısı, dövlət qulluqçusu olanlara üstünlük veriləcək. 
Vakant yerlərin siyahısını təqdim edirik: //shorturl.at/hM688

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35