Təhsil 365 - Logo Mobile

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 faiz artıb

8002.04.2025 - 19:31
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 faiz artıb

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Tehsil365” xəbər verir ki, "Report"un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə martda isə 28 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 58% azdır.

Hesabat dövründə "AzStateNet" şəbəkəsi üzrə 136,36 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 107 min 800, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 40 056 zərərverici tərkibli elektron sənəd blok edilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35