Təhsil 365 - Logo Mobile

DİM “Rezidentura” xüsusi buraxılışının 2-ci nömrəsini nəşr edib

8403.04.2025 - 14:13
DİM “Rezidentura” xüsusi buraxılışının 2-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 2-ci nömrəsini nəşr edib.

“Tehsil365” xəbər verir ki, bu nömrədə 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35