Təhsil 365 - Logo Mobile

TikTok məlumat ötürülməsinə görə cərimələnəcək

7203.04.2025 - 20:18
TikTok məlumat ötürülməsinə görə cərimələnəcək

İrlandiya Məlumatların Qorunması Komissiyası TikTok-u Aİ-dən Çinə məlumat ötürdüyünə görə 500 milyon avro cərimə edəcək.

“Tehsil365” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Cəriməni sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” şirkəti ödəməli olacaq. Mənbənin sözlərinə görə, cərimənin tətbiqi ilə bağlı qərar aprelin sonunadək veriləcək.

Bildirilir ki, TikTok bundan əvvəl də yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının emalı ilə bağlı iddia edilən pozuntulara görə tənzimləyici tərəfindən 345 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyası “Apple”, “Google”, TikTok və digər rəqəmsal nəhənglərin işini Aİ qanunvericiliyinə uyğunluğuna nəzarət edir.


Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35