Təhsil 365 - Logo Mobile

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Dramaturgiyanın 36 vəziyyəti” təliminə qəbul elan edib

7207.04.2025 - 08:49
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Dramaturgiyanın 36 vəziyyəti” təliminə qəbul elan edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılar, gənc ssenaristlər, bu peşənin incəliklərini öyrənmək istəyənlər üçün davamlı təlimlər keçirir. Bu istiqamətdə işlərin davamı olaraq AKİ bu dəfə “Dramaturgiyanın 36 vəziyyəti” təliminə qəbul elan edib.

İttifaqdan “Tehsil365”ə bildirilib ki, kinorejissor, prodüser Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında qurulacaq. Jorj Polti 1200 dramaturji əsəri analiz edib onların cəmi 36 vəziyyətdən ibarət təsnifatını verib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi təlimin hər dərsində üç vəziyyət analiz edilib, nümunələrlə şərhlər veriləcək, iştirakçılar məşhur nəzəriyyənin vasitəsilə dramaturgiyanın incəliklərini öyrənib öz sinopsislərini inkişaf etdirəcəklər.

Dərslər həftədə bir dəfə olmaqla 12 dərsi əhatə edəcək. Qeyri-iş saatlarında keçiriləcək dərslərlə yanaşı, təlimçi, sinopsislərin inkişafı məqsədilə həftə içi iştirakçılarla görüşlər keçirəcək.

Təlimə müraciət etmək istəyənlər aprelin 15-nə qədər sinopsis (minimum 1 səhifə), motivasiya məktubu və bioqrafiyalarını [email protected] elektron ünvanına “Dramaturgiyanın 36 vəziyyəti” başlığı ilə müraciət edə bilərlər.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35