Təhsil 365 - Logo Mobile

Bağça müdiri və tərbiyəçi müəllimlərinin yerdəyişməsi BAŞLAYIR

9508.04.2025 - 07:23
Bağça müdiri və tərbiyəçi müəllimlərinin yerdəyişməsi BAŞLAYIR

Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin yerdəyişməsi onların müraicətləri əsasında MÜTDA-nın yerli bölmələri tərəfindən həyata keçirilir.  

Bu barədə “Tehsil365”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə komissiyalar yaradılıb. Müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Mövcud vakant yerə birdən çox müraciət olduqda şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil pilləsini bitirənlərə, pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə üstünlük verilir. Bildiririk ki, tərbiyəçi-müəllimlərinin yerdəyişməsi üçün müraciət qəbulu ildə bir dəfə, hər il aprel ayında həyata keçirilməlidir. İş yerlərini digər regionlardan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinə dəyişmək istəyən şəxslər işə qəbul üzrə müvafiq müsabiqədə iştirak edə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müraciətlərinə baxılarkən namizədin intizam tənbeh tədbirinin, rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması, idarəetmə stajı, təhsil səviyyəsi kimi tələblər nəzərə alınır.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35