Təhsil 365 - Logo Mobile

Vəfadar Misirov: Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib

5908.04.2025 - 10:39
Vəfadar Misirov: Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib

Son bir il ərzində müxtəlif kateqoriyalar üzrə 30 mindən artıq namizəd Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda imtahan verib. Bu imtahanlardan təxminən 6 mini dövlət qulluğu sahəsini əhatə edib. Namizədlərin təxminən yarısı ümumi əsaslı imtahanlarda, digər yarısı isə müxtəlif növ imtahanlarda iştirak edib.

“Tehsil365” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov aprelin 8-də elektron imtahanlar korpusunda təşkil olunan mediaturda çıxışı zamanı səsləndirib.

Aparat rəhbəri bildirib ki, bir il ərzində 9 beynəlxalq imtahan da uğurla təşkil olunub. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması xüsusi prosedurla həyata keçirilir. Mərkəzin fəaliyyətində istifadə olunan “qapalı zona” sistemi bu prosesin təhlükəsizliyini və şəffaflığını təmin edir. Həmin zonada həftəlik əsasda 30-40 ekspertin iştirakı ilə qiymətləndirmə aparılır və bu mühitdə imtahan materialları tam məxfi şəkildə hazırlanır.

V.Misirov qeyd edib ki, buraxılış və qəbul imtahanları çərçivəsində mart ayında keçirilən imtahanların nəticələri altı həftə ərzində emal olunur. Onun sözlərinə görə, onlayn yoxlama sistemi vasitəsilə ekspertlər regionlardan birbaşa sistemə qoşularaq cavabları qiymətləndirə bilir. Bu il mart ayında keçirilmiş imtahanlarda ümumilikdə 1,7 milyon test tapşırığı yoxlanılıb. Hər tapşırıq azı iki marker tərəfindən yoxlanılır və cavablar uyğun gəlmədikdə üçüncü marker prosesə cəlb olunur. “Bu prosesin düzgün aparılması böyük məsuliyyət tələb edir. Hər bir cavabın dəqiq və obyektiv qiymətləndirilməsi bizim əsas prioritetimizdir”, – deyə Vəfadar Misirov əlavə edib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35