Təhsil 365 - Logo Mobile

Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş rəsm müsabiqəsi elan olunub

7409.04.2025 - 09:42
Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş rəsm müsabiqəsi elan olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tanınmış Azərbaycan naqqaşı, rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi Sərəncama əsasən, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Özbəkistan Rəssamlıq Akademiyasının dəstəyi ilə “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsi elan edilib.

Mərkəzdən “Tehsil365”ə bildirilib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Mirzə Qədim İrəvaninin yaradıcılığının və eləcə də erkən Azərbaycan milli modern rəssamlıq ənənələrinin xaricdə, eyni zamanda, gənc nəsillər arasında daha geniş təbliğ olunmasını təmin etmək, onun yaradıcılığını gələcək nəsillərə daha geniş şəkildə tanıtmağa imkan yaratmaqdır.

Müsabiqəyə qatılmaq üçün istənilən yaşdan olan rəssamlar, naqqaşlıq və dekorativ sənət sahəsində fəaliyyət göstərən istedadlı şəxslər dəvət olunurlar.

Müsabiqəyə təqdim edilmiş əsərlər təşkil edilmiş müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.

Qaliblər və seçilmiş əsərlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək xüsusi sərgidə nümayiş etdiriləcək, qaliblər mükafatlandırılacaq.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35