Təhsil 365 - Logo Mobile

"Azərbaycanda kənd təsərrüfatı" mövzusunda fotomüsabiqə elan olundu

7609.04.2025 - 10:46
"Azərbaycanda kənd təsərrüfatı" mövzusunda fotomüsabiqə elan olundu

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, "Agrodairy" şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda kənd təsərrüfatı" mövzusunda fotomüsabiqə elan olunub.

"Tehsil365" xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkənin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına yönəltmək, aqrar peşələrin nüfuzunu artırmaq, həmçinin əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Müsabiqənin şərtləri:
Fotomüsabiqə 15 mart - 20 aprel 2025-ci il tarixlərində keçiriləcək. Müsabiqəyə kənd həyatı, fermerlərin gündəlik fəaliyyəti, əkin-biçin prosesi, kənd təsərrüfatı heyvanları, bitkilər və texnikaları əks etdirən fotolar qəbul edilir. Fotolar JPEG (JPG) formatında, uzun tərəfi minimum 1500 piksel ölçüsündə olmalıdır. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər və yalnız 2 foto qalib ola bilər. Fotoşəkillərdə müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır. Fotolara imza və ya loqo yerləşdirmək, habelə fotoşəkilləri həddindən artıq redaktə etmək qadağandır.

Fotoaparat, smartfon və dron vasitəsilə çəkilmiş fotolar qəbul edilir. Fotolarda görünən şəxslərin razılığı isə fotoqrafın məsuliyyətindədir.

Kimlər iştirak edə bilər?
Müsabiqədə yaşından, təhsilindən və peşəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları iştirak edə bilər. Yalnız münsiflər heyətinin üzvləri iştirak hüququna malik deyillər.

Mükafatlar:

  • I yer – 500 AZN

  • II yer – 300 AZN

  • III yer – 200 AZN

Bundan əlavə, sərgidə nümayiş olunacaq 5 ən yaxşı fotonun müəllifinə 100 AZN, 30 ən yaxşı fotonun müəllifinə isə 30 AZN məbləğində mükafat veriləcək. Mükafata layiq görülmüş işlər təşkilatçıların mülkiyyətinə çevriləcək. Bütün iştirakçılara "İştirakçı sertifikatı" təqdim olunacaq.

Müraciət qaydası:
Müsabiqəyə qatılmaq istəyənlər fotolarını müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsi ilə birlikdə [email protected] elektron ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 055-500-84-23

Təqdim olunmuş fotolar xüsusi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və nəticələrə əsasən qaliblər müəyyən ediləcək. Müsabiqəyə təqdim olunan fotolar sərgi şəklində ictimaiyyətə təqdim olunacaq.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35