Təhsil 365 - Logo Mobile

Azərbaycanlı yazıçıların türkiyəli şəhidlərə həsr edilən kitabı çap edilib - FOTO

5710.04.2025 - 17:34
Azərbaycanlı yazıçıların türkiyəli şəhidlərə həsr edilən kitabı çap edilib - FOTO

Yazıçı, tarix üzrə fəlsəfə doktoru İradə Əlili və şair-publisist Azadə Novruzovanın həmmüəllifləri olduğu "Çubuk Kahramanları" adlı kitabı işıq üzü görüb.

“Tehsil365” xəbər verir ki, kitab türk dilində çap olunub.

Kitabda Türkiyənin Ankara şəhərinin Çubuk rayonuna bağlı olan qardaş ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidləri haqqında məqalələr və müsahibələr yer alıb.

Kitabın redaktoru dərnək sədri Zeki Avan, məsləhətçiləri Ahmet Baki Kızıltaş, Aybüke Aydos və Vüqar İrəvanlı, dizayneri isə Leyla Babazadədir.

Xatırladaq ki, bu, İradə Əlilinin türkiyəli şəhidlər haqqında ikinci kitabıdır. Yazıçının bundan əvvəl 2022-ci ildə İzmir şəhərinin Aliağa ilçəsində "Kahraman Şehid Oğuz Özgür Çevik" adlı kitabı işıq üzü görüb.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35