Təhsil 365 - Logo Mobile

"Microsoft" yenilənmələrlə bağlı tələbləri sərtləşdirdi: Vaxtı keçsə, bloklanacaq

7410.04.2025 - 18:43
"Microsoft" yenilənmələrlə bağlı tələbləri sərtləşdirdi: Vaxtı keçsə, bloklanacaq

"Microsoft" şirkəti "Teams" mesencerini yeniləməyən istifadəçiləri bloklamağa başlayacaq.

“Tehsil365” bu barədə "PCWorld" portalına istinadla məlumat verir.

Bildirilib ki, "Microsoft" şirkəti "Teams" istifadəçilərindən tətbiqin yeni versiyalarını vaxtında quraşdırmağı tələb edir. Yeniləmə buraxıldıqdan sonra istifadəçilərin onu quraşdırmaq üçün 90 günü olacaq, əks halda "Teams" istifadəsi bloklanacaq.

Qeyd olunub ki, istifadəçilər yeniləmə çıxdıqdan 30 gün sonra yeniləmə zərurəti barədə xatırlatmalar alacaqlar.

İzah olunub ki, "Teams"in aktual versiyasının quraşdırılması təhlükəsizliyi təmin etmək və müasir yeniləmə dövrünün tələblərinə uyğunluq üçün vacibdir.

Bununla əlaqədar olaraq, "Teams" müştərisi 30-90 gün köhnəldikdə istifadəçilər müntəzəm bildirişlər alacaqlar, 90 günlük müddətin keçməsi isə yeniləmə təklifi, IT-administratora müraciət və ya veb-versiya vasitəsilə işləmək təklifi ilə tətbiqin bloklanmasına səbəb olacaq.

"Microsoft" bu dəyişikliklər barədə hələ 2024-cü ilin noyabrında "Microsoft 365 Mesaj Mərkəzi"ndə xəbərdarlıq etmişdi.

Yeni siyasət "Windows PC"lərində - 11 apreldən, VDI mühitində - 6 maydan, "Apple" cihazlarında isə - 15 maydan qüvvəyə minəcək.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35