Təhsil 365 - Logo Mobile

Gənclər Kitabxanasında “Konstitusiya və suverenlik İli” ilə əlaqədar silsilə materiallar hazırlanır

7411.04.2025 - 17:59
Gənclər Kitabxanasında “Konstitusiya və suverenlik İli” ilə əlaqədar silsilə materiallar hazırlanır

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bu məqsədlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli” adlı elektron resurslar bazası və eyniadlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, biblioqrafik icmalda Azərbaycan dövlətçilik tarixindən, Şanlı Zəfər tarixindən bəhs edən və Azərbaycan, rus dillərində dərc edilən “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Azərbaycan 1995 : Qarşıdurmadan milli həmrəyliyə”, “Möhtəşəm 20 il : 2003-2023”, “Azərbaycan tarixinin yeni dövrünün başlanğıcı: Xankəndi zəfəri”, “Azərbaycan Respublikasının konstitusion inkişafı”, “Hüquqi dövlət və konstitusiya”, “Azərbaycan Respublikası Konstitusiyasında təhsil və tərbiyə məsələləri” kimi 60-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələri sərgilənir.

“Konstitusiya və Suverenlik İli”  ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada sözügedən mövzuda “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “525-ci qəzet”, “Azərbaycan müəllimi”, “Şərq”, “Ədəbiyyat qəzeti”, “Bakı xəbər” kimi dövrü mətbuat nümunələrinin internet portallarında dərc edilən 30-dan çox material toplanıb. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35