Təhsil 365 - Logo Mobile

Məhkəmə işdən çıxarılan bağça müdirinin iddiasını təmin etməyib

7711.04.2025 - 19:13
Məhkəmə işdən çıxarılan bağça müdirinin iddiasını təmin etməyib

Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil365"ə bildirilib ki, nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmdiyinə dair əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib.

Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.  Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35