Təhsil 365 - Logo Mobile

Alimlərdən XƏBƏRDARLIQ: Bu peşə beyin üçün ən təhlükəlisidir

5512.04.2025 - 07:42
Alimlərdən XƏBƏRDARLIQ: Bu peşə beyin üçün ən təhlükəlisidir

Böyük Britaniyada aparılan araşdırma göstərib ki, polis əməkdaşları digərlərlə müqayisədə iki dəfə çox kəllə-beyin travması (KBT) alma riski daşıyır.

“Tehsil365” gazeta.ru-ya istinadən xəbər verir ki, bu travmalar həmçinin onlarda posttravmatik stress pozuntusuna (PTSP) səbəb olur. 617 polis üzərində aparılan tədqiqatda iştirak edənlərin 38 faizi həyatlarında ən azı bir dəfə KBT yaşayıb, 61 faizi isə bir neçə dəfə bu problemlə qarşılaşıb.

Araşdırma göstərib ki, xidmət zamanı KBT alan hər beş polis əməkdaşından biri PTSP əlamətləri daşıyır – bu da emosional gərginlik, günahkarlıq hissi və sosial münasibətlərdə çətinliklərlə müşayiət olunur. Polislər arasında xroniki baş ağrısı, yuxusuzluq və diqqət zəifliyi kimi problemlər də yayğındır.

Mütəxəssislər bu travmaların uzunmüddətli fəsadlar törətdiyini və polis əməkdaşlarına davamlı psixoloji dəstək və tibbi nəzarətin vacib olduğunu bildirirlər. Onların fikrincə, idmançılar üçün tətbiq olunan sarsıntı protokollarına bənzər sistem polislər üçün də yaradılmalı, diaqnostika və yardım bir-birini tamamlamalıdır.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35