Tanınmış yazıçı Rövşən Abdullaoğlunun “Baramada gizlənən oğlan” adlı yeni kitabının təqdimat və imza günü keçiriləcək.
“Tehsil365” xəbər verir ki, tədbir 13 aprel tarixində saat 15:00-da baş tutacaq. Təqdimat zamanı müəllif oxucularla görüşəcək, onların suallarını cavablandıracaq və kitabları imzalayacaq.
Yazıçı bütün oxucularını sərgiyə dəvət edir və onlarla görüşmək ümidi ilə çıxış edir.
Qeyd edək ki, Rövşən Abdullaoğlu müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan yazıçılardandır.