Təhsil 365 - Logo Mobile

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

5812.04.2025 - 11:39
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

Milli Kitabxanada görkəmli ictimai-siyasi və dövlət xadimi, maarifpərvər şəxs, yazıçı-publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 155 illiyi münasibətlə “Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb.

Milli Kitabxanadan “Tehsil365”ə bildirilib ki, bir həftə boyunca davam edəcək sərgidə Nəriman Nərimanovun əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Xatırladaq ki, böyük mütəfəkkir Nəriman Nərimanov 1870-ci ildə Tiflisdə anadan olub, həmin şəhərdə altısinifli ruhani məktəbində təhsil alıb. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunub. Daha sonra Bakıya gələn N.Nərimanov 1891-ci ildə müəllimlik fəaliyyətinə başlayıb, 3 il sonra burada türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanasını təşkil edib.

Mütəmadi olaraq publisistik məqalələrlə çıxış edən Nəriman Nərimanov Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb, həmçinin “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaiti tərtib edib. Onun “Nadanlıq”, “Dilin bəlası”, yaxud “Şamdan bəy”, “Bahadır və Sona”, “Nadir şah” əsərləri bütün Azərbaycanda geniş yayılıb.

Əsərlərində dövrün sosial-psixoloji problemlərini qabarıq şəkildə göstərən Nərimanovun elmi-publisistik fəaliyyəti türk-müsəlman əhalisinin milli oyanışına xidmət edib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35