Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin yaradıcılığına həsr edilən sərgi açılıb

5413.04.2025 - 12:45
Milli Kitabxanada Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin yaradıcılığına həsr edilən sərgi açılıb

Milli Kitabxanada professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, bir həftə davam edəcək sərgidə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin kitabları, rəy verdiyi, redaktoru olduğu və ön söz yazdığı əsərlər, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda dərc edilən məqalələri nümayiş olunur.

Məryəm Əlizadə “Teatr: seyr və sehr”, “Unudulmaz səhnə ustaları”, “Sevincin sinonimi”, “Dördüncü ölçünün rəngləri” kimi dəyərli kitabların, “XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri)”, “Müasir teatr sorağında”, “Ondan içəri...” və digər yazıların müəllifidir. O, “Qızıl Dərviş”, “Humay”, “Cəfər Cabbarlı” mükafatlarına və TÜRKSOY-un mükafatına layiq görülüb, Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub. 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35