Təhsil 365 - Logo Mobile

"Laləli uşaq bağçası"ndan şəhid övladlarına böyük GÜZƏŞT - FOTO

7614.04.2025 - 13:59
"Laləli uşaq bağçası"ndan şəhid övladlarına böyük GÜZƏŞT - FOTO

2023-cü ildən fəaliyyətə başlayan “Laləli Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddət ərzində valideynlərin etibarını qazanaraq ölkənin bir neçə bölgəsində geniş fəaliyyət şəbəkəsi qurub. Hazırda Xırdalan, Keşlə, Gəncə, Sumqayıt və Yasamal ərazilərində filiallarının açılması gözlənilir. 

“Tehsil365” xəbər verir ki, bağçanın təsisçisi Əzimova Lalə Yusif qızıdır. Lalə xanım uzun illər təhsil sahəsində, xüsusilə kolleclərdə rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda o, bir neçə elmi məqalənin və “Təhsilin idarəedilməsi” adlı kitabın müəllifidir. Lalə xanım bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində, magistratura təhsilini isə İstanbul Dövlət Universitetində alıb. Hazırda həmin universitetin doktorantıdır. 

Onun təcrübəsi və liderliyi “Laləli Uşaq Bağçası”nın təhsil keyfiyyətinin əsasını təşkil edir. 

“Laləli Uşaq Bağçası” Azərbaycan Həmkarlar İttifaqının üzvüdür və sosial məsuliyyətə böyük önəm verir. Bağçada təhsil alan qazi və hərbçi övladları üçün 50% güzəşt, şəhid övladları üçün isə tam ödənişsiz təhsil imkanı yaradılıb. Eyni zamanda, Abşeron Rayon İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında şəhid ailələrinin üzvləri bağçada işlə təmin olunub.

Bağçada uşaqların sağlam qidalanması əsas prioritetlərdən biridir. Gün ərzində uşaqlar 5 dəfə qidalanırlar: səhər yeməyi, meyvə saatı, nahar, çayla şirniyyat fasiləsi və saat 18:00-da şam yeməyi.

“Laləli Uşaq Bağçası” uşaqlara yalnız təhsil deyil, eyni zamanda isti, qayğıkeş və təhlükəsiz bir mühit təqdim etməyi hədəfləyir. Müasir yanaşma, peşəkar pedaqoji heyət və ailə dəyərlərinə sadiqlik bu müəssisəni fərqləndirən əsas xüsusiyyətlərdəndir.


Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35