Təhsil 365 - Logo Mobile

"Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir"

7415.04.2025 - 13:22
"Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir"

Zərərli informasiya məhsullarının dövriyyəsinin, xüsusilə informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən cinayətlərin qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib məsələlərdəndir.

“Tehsil365” xəbər verir ki, bu sözləri Audiovizual Şura sədrinin müşaviri Haşim Əliməmmədzadə aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.

O bildirib ki, qanunvericiliyə əsasən, zərərli məlumatlar iki əsas kateqoriyaya bölünür. Uşaqlar arasında dövriyyəsi qadağan edilmiş məlumatlar və uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılmış məlumatlar. Qadağan edilmiş məlumatlar zorakılıq və qəddarlığı təbliğ edən, qeyri-qanuni hərəkətləri və cinayətləri təşviq edən, uşaqların həyatı və təhlükəsizliyi üçün təhlükə yaradan, ailə institutunu nüfuzdan salan, əxlaqsız məzmunlu məlumatları əhatə edir. Məhdudlaşdırılmış məlumatlar isə zorakılıq və qəddarlıq nümayiş etdirən, vulqar ifadələr, qorxulu məzmunlu materialları ehtiva edir.

Haşim Əliməmmədzadə, eyni zamanda, informasiya məhsullarının yaş təsnifatı məsələsinə də toxunub və bu sahədə tətbiq olunan hüquqi tənzimləmə mexanizmlərini izah edib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35