Təhsil 365 - Logo Mobile

MDU-nun rektoru Anar Eminov tələbələrlə görüşüb - FOTO

5116.04.2025 - 06:20
MDU-nun rektoru Anar Eminov tələbələrlə görüşüb - FOTO

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov tələbələrlə görüşüb. Məqsəd tələbələri elmi və pedaqoji istiqamətdə universitetin hədəfləri və vəzifələri ilə tanış etmək, onları bu proseslərə daha fəal şəkildə cəlb etmək olub. Rektor Anar Eminov universitetin akademik simasının formalaşdırılmasında tələbələrin rolunu xüsusi qeyd edib. Bildirib ki, tələbələr MDU-nun brendə çevrilməsində fəal iştirak etməlidir.

“Tehsil365” xəbər verir ki, MDU-nun əsas hədəfinin yüksəkixtisaslı kadr hazırlamaq olduğunu diqqətə çatdıran rektor deyib ki, bunun üçün universitetdə müasir tələblər səviyyəsində bütün zəruri imkanlar yaradılacaq. Rektor MDU-nun müasir dövrün çağırışlarına cavab verən ali təhsil ocağına çevrilməsi üçün elmi- tədqiqat fəaliyyətinə marağın artırılmasının vacibliyini vurğulayıb.

O həmçinin tələbələrin xarici dil biliklərinin artırılması və ixtisas üzrə çoxşaxəli bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə MDU-nun hər zaman dəstək olacağını xüsusi vurğulayıb. Görüş zamanı rektor tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin onların sosial və təhsil həyatı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da rektorla tələbələrin görüşlərinin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35