Təhsil 365 - Logo Mobile

Ümummilli Lider Heydər Əliyevin ad gününə həsr olunmuş esse müsabiqəsi keçirilir

7016.04.2025 - 07:08
Ümummilli Lider Heydər Əliyevin ad gününə həsr olunmuş esse müsabiqəsi keçirilir

Ümummilli Lider Heydər Əliyevin ad günü münasibətilə 1-25 aprel 2025-ci il tarixlərində esse müsabiqəsi keçiriləcək.

"Tehsil365" xəbər verir ki, müsabiqənin əsas məqsədi iştirakçıların yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, yazılı nitq qabiliyyətlərini artırmaq və fikirlərini səlis ifadə etmələrinə şərait yaratmaqdır.

Müsabiqə Azərbaycanın bütün universitetlərində təhsil alan həssas kateqoriyaya aid tələbələr üçün nəzərdə tutulub. İştirakçılar aşağıdakı mövzulardan birini seçərək esse təqdim etməlidirlər:

  1. Heydər Əliyevin təhsil siyasətində əlilliyi olan gənclərə yönəlik inklüziv təhsil proqramlarının yaradılması

  2. Heydər Əliyevin əmək siyasəti və əlilliyi olan gənclərin məşğulluğu

  3. Əlilliyi olan gənclər üçün əlçatan mühit

  4. Əlilliyi olan insanların həyat keyfiyyətini artırmaq üçün innovasiyalar

  5. Əlilliyi olan gənclər üçün ağıllı texnologiyaların yaradılması və onların gündəlik həyata təsiri

Məqalələr Times New Roman şriftində, 12 ölçüdə, maksimum 2000 söz həcmində yazılmalı və yazının əvvəlində iştirakçının adı, soyadı, universiteti, fakültəsi, kursu və ixtisası göstərilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısı qeyd olunmalıdır.

Qiymətləndirmə 5 meyar üzrə aparılacaq: mövzuya uyğunluq, düşüncə, dil və üslub, orijinallıq və yaradıcı yanaşma, qrammatika və yazı qaydalarına riayət. Hər bir meyar üzrə maksimum 20 bal olmaqla, ümumi nəticə müəyyən olunacaq.

Ən yüksək bal toplayan iştirakçılar qalib elan ediləcək. I yer (95-100 bal) – 1 nəfər, II yer (90-94 bal) – 2 nəfər, III yer (85-89 bal) – 3 nəfər olmaqla ümumilikdə 6 qalib seçiləcək və onlar müvafiq olaraq 500, 300 və 200 manat pul mükafatı ilə təltif olunacaqlar.

Məqalələrin son göndərilmə tarixi 25 aprel 2025-ci ildir. Yazılar aşağıdakı e-poçt ünvanına göndərilməlidir:
[email protected]
Əlavə məlumat üçün əlaqə nömrəsi: +99451-910-76-62

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35