Təhsil 365 - Logo Mobile

MDU rektoru şəhid məzunların ailələrini ziyarət edib - FOTO

5217.04.2025 - 07:12
MDU rektoru şəhid məzunların ailələrini ziyarət edib - FOTO

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov və bir qrup əməkdaş 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn universitetin məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin ailələrini ziyarət edib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, görüş zamanı şəhid məzunlar haqqında xatirələrdən danışılıb. Onların vətənpərvərliyi, fədakarlığı və qəhrəmanlığı yüksək dəyərləndirilib. Bildirilib ki, şəhid məzunların əziz xatirəsi universitetdə hər zaman yad olunacaq. Şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğu da xüsusi vurğulanıb.

Şəhid məzunların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35