Təhsil 365 - Logo Mobile

Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”

7517.04.2025 - 11:52
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “İrəvan qalasında erməni xəyanəti” adlanır.

“Tehsil365” xəbər verir ki, filmdə Azərbaycan tarixində mühüm yer tutan İrəvan xanlığının 1827-ci ildə çar qoşunları tərəfindən zəbt olunmasında ermənilərin xəyanətindən bəhs edilir. Qərbi Azərbaycan tarixində əhəmiyyətli yer tutan İrəvan xanlığı ilə İrəvan qalasının mühasirəsi zamanı baş verən hadisələr bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.

Filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayeva, baş prodüseri Xalq artisti Ramiz Həsənoğludur.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35