Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub - FOTO

7518.04.2025 - 08:32
Qarabağ Universitetində Firuz Səxavətin konserti olub - FOTO

Qarabağ Universitetində İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət və tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bu barədə “Tehsil365”ə Qarabağ Universitetindən məlumat verilib. Konsertdə Firuz Səxavəti Ağdam Musiqi Kollecinin “Qarabağ ansamblı” müşayiət edib. Proqramda Əməkdar artist və tələbələrinin ifasında muğamlar, xalq mahnıları, klassik və müasir musiqi nömrələri səsləndirilib.

Tədbirdə Firuz Səxavət musiqi sənətinin incəlikləri və Qarabağın musiqi ənənələri haqqında çıxış edərək tələbələrin sənət yolunda inkişafı və planları ilə bağlı fikirlərini bölüşüb.

Konsert proqramının sonunda Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Firuz Səxavəti, “Qarabağ ansamblı”nı və tələbələri təbrik edərək onların bu təşəbbüsünü yüksək qiymətləndirib və bu cür tədbirin davam etdirilməsinin vacibliyini söyləyib. Rektor Azərbaycan musiqisinin zənginliyini və gənc nəslin bu mirasa sahib çıxmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35