Təhsil 365 - Logo Mobile

Uşaq İncəsənət Festivalının birinci seçim turu başlayır

5218.04.2025 - 09:50
Uşaq İncəsənət Festivalının birinci seçim turu başlayır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində birinci seçim turuna start verilir.

Mədəniyyət Nazirliyindən “Tehsil365”ə verilən məlumata görə, Uşaq İncəsənət Festivalına 30 000-ə yaxın iştirakçı qeydiyyatdan keçib.

21 aprel tarixindən etibarən respublika üzrə bütün bölgələrdə seçim mərhələləri başlayacaq. Qeydiyyatdan keçmiş iştirakçılar festivalın münsiflər heyəti qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.

Seçim turları müxtəlif regionlarda yerləşən məntəqələrdə mərhələli şəkildə keçiriləcək.

Uşaq İncəsənət Festival yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır.

"UİF – 2025" mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival eyni zamanda incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır.

Qeyd edək ki, seçim turlarının keçiriləcəyi dəqiq tarix və məkanlar barədə məlumatları www.uif.az portalında qeydiyyat kodunu və ya şəxsiyyət vəsiqəsinin fin nömrəsini yazaraq öyrənmək mümkündür.

Əlavə məlumat üçün www.uif.az veb-saytına keçid edə və ya 050 288 01 47 | 147 (qısa nömrə) nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35