Təhsil 365 - Logo Mobile

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

5418.04.2025 - 10:22
Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

Tarixi Qələbədən dərhal sonra dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Bu gün dövlətimizin bütün mümkün imkanları və resursları bu ərazilərin bərpasına yönəldilib. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri dövlət başçısının birbaşa nəzarəti altında yüksək templərlə davam etdirilir.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, əhalinin geri dönüşü üçün sosial infrastruktur - məktəblər, tibb müəssisələri, ictimai xidmət binaları və yaşayış sahələri tikilir və istifadəyə verilir. 2024-cü ildən etibarən şagirdlərimiz öz doğma şəhər və kəndlərində müasir standartlara cavab verən məktəblərdə təhsil alırlar.

Xankəndi şəhərində Qarabağ Universitetinin təsis olunmasının və fəaliyyətə başlamasının bu bölgədə elmi, təhsil və intellektual mühitin dirçəlməsində mühüm rol oynayacağını söyləyən E.Yusubov deyib: “Bu gün burada müşahidə etdiyiniz dəyişikliklər, sadəcə, inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır”.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin bu gün Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35