Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb

5518.04.2025 - 13:10
Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb

Azərbaycan Milli Kitabxanası Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim, bütün Türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə metodik vəsait hazırlayıb.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, vəsaitdə Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, həyat və fəaliyyəti ilə bağlı məlumat, ədibin irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr yer alıb.

Həmçinin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, B.M.Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Bəxtiyar Vahabzadə adına” təqaüdün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı, ədibin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin ədib haqqında söylədiyi fikirlər və ədəbiyyat siyahısı istifadəçilərin diqqətinə çatdırılıb.

Metodik vəsaitlə bu linkdən - https://www.anl.az/down/bextiyar_vahabzade.metodik.pdf tanış olmaq mümkündür.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35