Təhsil 365 - Logo Mobile

Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

8218.04.2025 - 13:20
Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

Mayın 2-dən 4-dək İçərişəhərdə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı istifadəyə verilib.

“Azərxalça” ASC-dən “Tehsil365”ə bildirilib ki, üç gün davam edəcək xalça bayramında iştirak etməyi arzulayan hər kəs bakucarpetfest.az saytından festival haqqında istənilən məlumatı əldə etməklə yanaşı, mayın 2-də baş tutacaq Beynəlxalq Xalça Forumuna da qeydiyyatdan keçə bilər.

Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək.

Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.

Bütün suallar [email protected] ünvanına yönləndirilə bilər.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35