Təhsil 365 - Logo Mobile

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib - FOTO

8219.04.2025 - 06:34
Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri rəhbərləri ilə I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib.

BŞTİ-dən “Tehsil365”ə bildirilib ki, görüşdə BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov, sektorun əməkdaşları və I sinfə qəbul prosesində sıxlıq müşahidə edilən ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Çıxış edənlər mayın 1-dən etibarən başlayacaq I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli təşkili və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıblar.

Həmçinin 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə qəbulu prosesində tətbiq ediləcək yenilik barədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, yeniliyə əsasən, şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə biləcəklər.

Görüş zamanı məktəblərə şagird qəbulunun sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacağı barədə məlumat verilib, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı və prioritetin (üstünlük hüququ) tətbiq müddətinə dair məlumatın ictimaiyyətə açıqlandığı diqqətə çatdırılıb.

Sonda I sinfə elektron qeydiyyatın təfərrüatları ilə bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, müvafiq tövsiyələr verilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35