Təhsil 365 - Logo Mobile

Qoxuların beyin fəaliyyətinə təsiri: Alimlərdən inanılmaz TƏDQİQAT

9219.04.2025 - 08:23
Qoxuların beyin fəaliyyətinə təsiri: Alimlərdən inanılmaz TƏDQİQAT

Zərif və yumşaq qoxular sadəcə rahat atmosfer yaratmaq deyil, həm də beynin fəaliyyətinə müsbət təsir göstərmək qabiliyyətinə malikdir.

“Tehsil365” xəbər verir ki, Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri bu qənaətə gəliblər.

Beləliklə, müəyyən qoxular yaşlı insanlarda yuxu zamanı koqnitiv funksiyaları yaxşılaşdıra bilir.

Alimlər 60-85 yaşlarında könüllülərin iştirakı ilə təcrübə keçiriblər. Tədqiqat çərçivəsində iştirakçılar iki qrupa bölünüblər: birinci qrup adi şəraitdə yatmağa davam edib, digər qrupun yataq otaqlarına isə hər gecə qızılgül, evkalipt, portağal, nanə, rozmarin, limon və lavanda kimi müxtəlif qoxular səpilib.

Altı aylıq təhlildən sonra tədqiqatçılar nəzərəçarpacaq fərqi qeyd ediblər: ətirlərlə əhatə olunmuş şəkildə yatan iştirakçıların koqnitiv qabiliyyətləri, yaddaş və öyrənmə də daxil olmaqla, digərləri ilə müqayisədə 226% artım göstərib.

Tədqiqatçıların izah etdiyi kimi, bu effekt qoxu siqnallarının beynin emosiyalar və xatirələrə cavabdeh olan sahələri, xüsusilə də limbik sistem və hippokamp ilə sıx əlaqədardır. Beləliklə, qoxular bu sahələrə təsir edərək daha yaxşı yadda saxlamağa və öyrənməyə kömək edən prosesləri işə salır.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35