Təhsil 365 - Logo Mobile

Əməkdar mədəniyyət işçisi Xalidə Hasilovanın xatirəsi anılıb

9219.04.2025 - 15:36
Əməkdar mədəniyyət işçisi Xalidə Hasilovanın xatirəsi anılıb

Bu gün Əməkdar mədəniyyət işçisi, yazıçı, dramaturq, nüfuzlu dövlət və ictimai xadim Xalidə Hasilovanın 105 illik yubileyi tamam olur.

“Tehsil365” xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının həyat və yaradıcılığına həsr edilən geniş material hazırlanıb.

Videomaterialda Xalidə Hasilovanın bədii, publisistik fəaliyyəti, uzun illər “Azərbaycan qadını” və “Göyərçin” jurnallarında baş redaktor vəzifəsində çalışması, Azərbaycan uşaq ədəbiyyatına biri-birindən gözəl yaradıcılıq nümunələri bəxş etməsi haqqında məlumat verilib.

Kitabxana əməkdaşları tərəfindən ərsəyə gətirilən materialda X.Hasilovanın tərcüməçilik fəaliyyəti haqqında da informasiya verilib, onun V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto, Ə.Nesin kimi müəlliflərin əsərlərini türk və rus dillərindən doğma dilimizə tərcümə etməsindən, yazıçının “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli könül” kimi pyeslərinin müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmasından bəhs olunub.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35