Təhsil 365 - Logo Mobile

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

8419.04.2025 - 16:17
Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir. Bu gün iki ölkə həm ikitərəfli, həm də beynəlxalq qurumlar, xüsusilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Akademiyası çərçivəsində uğurla əməkdaşlıq edir. Eyni zamanda ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq mədəniyyət layihələrində birgə iştirak xalqlarımızı daha da yaxınlaşdırır.

Aprelin 20-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunacaq Azərbaycan Mədəniyyəti Günləri iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçiriləcək tədbirlə bağlı ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər edəcəklər.

Nazirlikdən “Tehsil365”ə bildirilib ki, Qırğızıstan paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, ölkəmizdə Qırğız Mədəniyyəti Günləri 2024-cü ilin aprelində keçirilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35