Naxçıvan Muxtar Resublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı növbəti təlim Naxçıvan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Ruqayyə Əliyeva tərəfindən təşkil olunub.
“Tehsil365” xəbər verir ki, təlimdə muxtar respublikada fəaliyyət göstərən və Naxçıvan Qarnizonu "Nərgiz", "Bənövşə" körpələr evi-uşaq bağçalarının bir qrup tərbiyəçi müəllimi iştirak edib.
Qeyd edək ki, ayda bir dəfə keçirilməsi nəzərdə tutulan təlimlərin təşkilində məqsəd müasir təlim metodlarından istifadə etməklə, tərbiyəçi-müəllimlərin öz bilik, bacarıq və təcrübələrinin bölüşməsindən ibarətdir.