Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

5420.04.2025 - 07:28
Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

Milli Kitabxanada uşaq ədəbiyyatının klassiki və uşaq dramaturgiyasının banisi Xanımana Əlibəylinin anadan olmasının 105 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli”, xalq yaradıcılığının yorulmaz tədqiqatçısı Azad Nəbiyevin yubileyi ilə əlaqədar isə “Professor Azad Nəbiyev - 80” adlı ənənəvi kitab sərgiləri açılıb.

Kitabxanadan “Tehsil365"ə bildiriblər ki, “Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli” adlı kitab sərgisində müəllifin əsərləri, tərcümə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, jurnal və dövri mətbuat materialları, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

“Professor Azad Nəbiyev - 80” adlı sərgidə isə professorun əsərləri, tədqiqatları, ali məktəblər üçün dərs vəsaitləri, tərcümələri, tərtibçisi, redaktoru, rəyçisi və məsləhətçisi olduğu, ön söz yazdığı kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar təqdim edilir.

Ənənəvi kitab sərgiləri bir həftə davam edəcək.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35